İqtisadiyyat naziri Mikayıl Cabbarovun "Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə videokonfrans formatında görüşü keçirilib.
Nazir müavini qeyd edib ki, rəhbər şəxslərlə görüşlərin məqsədi gənclərin dünya görüşünün formalaşması, müxtəlif sahələr üzrə həyata keçirilən dövlət siyasəti və gələcəyə baxış barədə daha ətraflı məlumatlandırılmasıdır.
Görüşdə İqtisadiyyat naziri Azərbaycanın inkişaf tarixində misilsiz rolu olan Heydər Əliyev irsinin öyrənilməsinin önəmini vurğulayıb, Ümummilli Liderin Azərbaycan iqtisadiyyatının inkişafı və dünya iqtisadiyyatına inteqrasiyası, ölkəmizə investisiyaların cəlb olunması, iqtisadi fəallığın bərpası və həyat səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü genişmiqyaslı işlərdən bəhs edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !