Bu tədris ilindən Təhsil Nazirliyinin təşəbbüsü ilə xarici dil buraxılış imtahanları siyahısına daxil edilib. Burada əsas məqsəd xarici dilin öyrədilməsinə təkan verməkdir.
Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib. "Bugün yüksək texnologiyalar dövründə xarici dili bilmək zəruri amildir. Bunun üçün Təhsil Nazirliyi tərəfindən müvafiq proqramlar da keçirilir. Təbii olaraq, bu, daimi bir prosesdir".
Nazirin sözlərinə görə, Azərbaycanın tələbələri hər zaman yeniliklərə açıq olduğu üçün onların istənilən yeni xarici dilin mənimsəməsi hər hansı çətinlik və ya problem yaratmır. Burada əsas məsələ tədrisin düzgün qurulması və bunun nəticəsində də qısa müddətlər ərzində bu biliklərin əldə olunmasıdır.
Bu gün Azərbaycan gənclərinin beynəlxalq yarışlarda iştirak etdiyini deyən M.Cabbarov görülən işlərin qısamüddətli deyil, uzunmüddətli olmasını zəruri sayıb.
Badminton Federasiyasının prezidenti olan nazir bu idmanın inkişafı istiqamətində atılacaq addımlardan da danışıb. O qeyd edib ki, ilk növbədə səylər badminton idman növünün daha populyar edilməsi və kütləvişləşdirilməsinəı yönəldiriləcək. "Baxmayaraq ki, bu idman növündə bizim vaxtilə ənənələrimiz olub, hal-hazırda vəziyyət o qıədər də ürəkaçan deyil. Bizim çox məhdud sayda məşqçilərimiz, bu idmanla məşğul olan oyunçularımız var.
Respublikada 8 məşqçi, təxminən 150 oyunçunun olması kifayət qədər azdır. Düşünürəm ki, bu idman növünün kütləvişdirilməsi üçün zəruri şərait yaradılacaq. Avropa Oyunlarında da Badminton idman növünün mövcudluğu da bu oyunun populyarlaşdırılmasına xidmət edir”.
Nazir gələn həftə bu məsələyə dair Badminton Federasiyası adından daha geniş açıqlamalar veriləcəyini qeyd edib. "İIş planı tərtinb olunub. Bu idmanın daha kütləvi şəkildə laızm olan tədbirlər rtıq nəzərdə tutulub”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !