Mikayıl Cabbarovdan şad xəbər

13:17 | 05.10.2017
Mikayıl Cabbarovdan şad xəbər

Mikayıl Cabbarovdan şad xəbər

Təhsil naziri Mikayıl Cabbarovun 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibəti ilə təhsil işçilərini təbrik edib.

anews.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Əziz müəllimlər!

Sizi Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edirəm!

Müəllim bütün dövrlərdə öz peşəkar keyfiyyətləri ilə yanaşı, mənəvi məsuliyyəti ilə seçilib. Bu baxımdan, şərəfli missiya daşıyıcısı olan müəllim təhsilə, insan tərbiyəsinə cavabdehlik daşıyıb. Elə buna görə də hər bir təhsil sisteminin gücü onun müəllimlərinin gücünə bərabərdir.

Sevindirici haldır ki, ölkədə müəllim peşəsinin ictimai nüfuzu ilbəil artır. Bunu həm müəllimlik peşəsini seçən gənclərin keyfiyyət dinamikası, həm də bu sahədə fəaliyyət göstərənlərin daim artan peşəkar səviyyəsi göstərir. Bu, bizim gələcək hədəflərimizin əsas qaynağıdır.

Əziz müəllimlərimiz, hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, gələcək uğurlarınızın davamlı olmasını arzulayıram!”

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti