Azərbaycan şairi Mikayıl Müşfiqin Bakıdakı büstü götürülüb.
"Qafqazinfo” xəbər verir ki, büst Nəriman Nərimanov və İnşaatçılar prospektlərinin kəsişməsində yerləşən parkda qoyulmuşdu.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”nin rəisi Zakir Sultanov bildirib ki, büst onlardan icazə alınmadan ərazidən götürülüb.
"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfl açıqlamasında büstün anbarda saxlanıldığını söyləyib:
"Prezidentin sərəncamına əsasən, "Təzə Pir” məscidi və Fizuli meydanına gedən yolda yenidənqurma işləri həyata keçiriləcək. O cümlədən, Statistika dairəsi adlanan ərazidə də bu işlərə start verilib. Həmin işlər görülən zaman Mikayıl Müşviqin büstünə ziyan dəyməsin deyə götürülüb, anbarda saxlanılır. İş bitdikdən sonra yenidən həmin əraziyə qaytarılacaq və həmçinin, ərazidə geniş park da salınacaq”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !