Mikayıl Cabbarov 12 illik təhsil sistemindən danışdı

11:02 | 23.11.2013
Mikayıl Cabbarov 12 illik təhsil sistemindən danışdı

Mikayıl Cabbarov 12 illik təhsil sistemindən danışdı

Təhsil nazir Mikayıl Cabbarov 12 illik təhsil sistemi haqqında danışıb. ANS PRESS-in məlumatına görə, "Azərbaycan" qəzetinə müsahibə verən təhsil naziri Mikayıl Cabbarov təhsil sistemindəki bu yeni modelin artıq dünya ölkələrində çoxdan tətbiq olunduğunu deyib:"Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda ümumi təhsilin müddəti 14 ildir. Almaniya, Böyük Britaniya, İsveç, Avstraliya və Yeni Zelandiyada 13 illik ümumi təhsil tətbiq olunur. ABŞ, Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi təhsilin müddəti 12 ildir. Ümumiyyətlə, hazırda 12 illik ümumi təhsili tətbiq edən ölkələr dünya üzrə çoxluq təşkil edir. Son statistik məlumatlara görə belə ölkələrin sayı 170-i ötüb. Çox az sayda ölkədə ümumi təhsilin müddəti 11 il təşkil edir. Onu da vurğulamaq istərdim ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı bir ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkənin Ümumi Daxili Məhsulunun 3-6 faiz artmasına gətirib çıxarır. Bununla yanaşı, təhsil müddətinin artırılması təhsilə ayrılan xərclərin də artması ilə nəticələnir. Özü də bu artım kifayət qədər böyük rəqəmlərlə ifadə olunur. Lakin xərclərin artmasına və olduqca böyük miqyaslı tədbirlərin həyata keçirilməsi perspektivlərinə baxmayaraq, bu, Azərbaycan dövlətinin strateji xəttini, neft kapitalının insan kapitalına çevrilməsini hədəfləyən kursun fəlsəfəsini əks etdirir.Mikayıl Cabbarov təhsil sistemindəki bu yeni modelə mərhələli şəkildə keçməyi planlaşdırdıqlarını deyib:"12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil standart və kurikulumların yenilənməsi, tam orta təhsil pilləsində təlimin istiqamətlər üzrə aparılması nəzərdə tutulub. Ən əsas məqamlardan biri ondan ibarətdir ki, 12 illik ümumi təhsil sisteminə keçidlə əlaqədar ölkəmizdə 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil modeli tətbiq olunacaq. Bu modelə mərhələli şəkildə keçmək planlaşdırılır. Bu sahədə yeniliklərdən biri və məncə, ən mühümü tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif istiqamətlər üzrə bölünməsidir. Digər bir məsələ də onunla bağlıdır ki, biz ümumi orta təhsilin bu gün mövcud olan 9 illik icbari pilləsini bir pillə artırırıq. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta təhsil inkişafın yeni çağırışlarını dəyərləndirmək və daha yetkin vətəndaş yetişdirmək baxımdan əlavə resurs və gələcəyə hazır olmaq imkanıdır".Mikayıl Cabbarov sonda ümumi təhsildə 12 illik təhsil modelinə keçidin təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir edəcəyinə inandığını bildirib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb