Dövlət Dəmir Yolu Liseyinin direktoru Fərrux Abbasov işdən azad edilib. Movqe.az-ın əldə etdiyi məlumata görə, F.Abbasov yeni nazir Mikayıl Cabbarovun əmri ilə işdən azad edilib. Əldə etdiyimiz xəbərə görə, hazırda liseydə direkror vəzifəsini Tədris istehsalat üzrə direktor müavini Sədaqət Nəbiyeva icra edir. Movqe.az xəbəri dəqiqləşdirmək məqsədilə F. Abbasovla əlaqə saxlayıb. Dəmiryol Liseyinin keçmiş direktoru xəbəri təsdiqləyərək işdən çıxdığını bildirib: "İşdən çıxmağına çıxmışam. Amma məni yeni nazir cənab Mikayıl Cabbarov işdən azad etməyib. Yəni işdən könüllü olaraq, öz ərizəmlə çıxmışam. Səbəbi də səhhətimdə yaranan problemlə bağlı idi. M. Cabbarov məni çağırıb dedi ki, qal işlə. Amma mən dedim ki, səhhətim imkan vermir. Ərizə yazdım direktor vəzifəsindən azad edildim. Hazırda liseydə müəllim kimi fəaliyyətimi davam etdirirəm".Qeyd edək ki, Fərrux Baba oğlu Abbasov 1985-ci il avqustun 2-dən Azərbaycan Dövlət Dəmir Yolu Liseyinin direktoru olub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !