Miller Azərbaycan və Ermənistan arasındakı delimitasiya prosesindən yazıb

14:55 | 01.11.2024
Miller Azərbaycan və Ermənistan arasındakı delimitasiya prosesindən yazıb

Miller Azərbaycan və Ermənistan arasındakı delimitasiya prosesindən yazıb

ABŞ Dövlət Departamenti demarkasiya proseduru qaydalarının Ermənistan və Azərbaycan tərəfindən rəsmiləşdirilməsini alqışlayıb. Bu barədə Dövlət departamentinin sözçsü Metyu Miller X platfomrasında yazıb. 
 
"Birləşmiş Ştatlar demarkasiya proseduru qaydalarının Ermənistan və Azərbaycan tərəfindən rəsmiləşdirilməsini alqışlayır və bununla da davamlı dialoq vasitəsilə irəliləyişə nail oluna biləcəyini nümayiş etdirir. Biz hər iki tərəfin regionun təhlükəsizliyi və rifahı naminə sabit, ləyaqətli sülhə doğru işini dəstəkləyirik”, - Dövlət Departamentinin sözçüsü yazıb.
 
Bir gün əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan çıxışında bildirib ki, Ermənistan və Azərbaycan tərəfləri dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə işi haqqında Əsasnaməni ratifikasiya etdikdən sonra tərəflər tezliklə sənədin qüvvəyə minməsi barədə bir-birini rəsmi məlumatlandıracaqlar.
 
Aprelin 19-da Ermənistan Azərbaycanın 1990-cı illərin əvvəllərindən işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib.
 
Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb.
 
Aytac 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti