Millət vəkili ağır vəziyyətdə İsrailə aparıldı

22:34 | 20.12.2017
Millət vəkili ağır vəziyyətdə  İsrailə aparıldı

Millət vəkili ağır vəziyyətdə İsrailə aparıldı

53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilmiş, milliyətcə yəhudi olan Yevda Abramov onkoloji xəstəliyi ilə əlaqədar İsrailə aparılıb. 

İstiPress-in məlumatına görə, yerli mətbuat onun İsrailə bir neçə gün bundan əvvəl yenidən səhhətində problem yarandıqdan sonra dövlət hesabına təcili aparılmasından yazır. 

Millət vəkili dekabrın 7-də onkoloji xəstəliyi ilə əlaqədar Milli Onkologiya Mərkəzinə yerləşdirilərək cərrahi əməliyyat olunub. 

Unikal.org-un əldə etdiyi məlumata görə, Yevda Abramov İsraildəki xəstəxanalardan birinə yerləşdirilib və deputat orada növbəti dəfə əməliyyat olunub və müalicə alacaq. 

Millət vəkilinin həmkarı Vahid Əhmədov Yevda Abramovun səhhəti ilə bağlı Unikal.org-a açıqlamasında bildirib ki, hazırda onun sağlamlıq durumu normaldır: "Bu gün özü ilə danışmışam. Hər şey yaxşıdır. Qızları da İsraildə yaşayır. Ümumilikdə sağlamlıq durumu normallaşıb”.









www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti