Millət vəkili başçı ilə vətəndaşları onlayn qəbul etdi

10:40 | 30.06.2020
Milli Məclisin deputatı Anar Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov onlayn qaydada vətəndaşları qəbul edib.

Hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilib. Dinlənilmiş bütün müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədilə qeydiyyata alınaraq  nəzarətə götürülüb. Həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinin qanunauyğun formada araşdırılaraq qısa zamanda nəticəsi barədə vətəndaşlara məlumat veriləcəyi bildirilib. Müraciətlər əsasən işlə təminolunma, şəhər sakinləri və turistlər üçün velosiped yolunun çəkilməsi, şəhər stadionunun təmiri, eləcə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün ev tikintisi, şəhər ərazisində pandusların quraşdırılması, dam örtükləri və novalçaların təmiri və s. sahədə görülən işlərlə bağlı minnətdarlıq olub.

Həmçinin onlayn qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.

Qəbula gələnlər belə çətin vaxtda onların müraciətlərinin dinlənilməsindən razılıqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.(qafqazinfo)




www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM