Milli Məclisin deputatı Anar Məmmədov və Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov onlayn qaydada vətəndaşları qəbul edib.
Hər bir vətəndaşın müraciəti ayrı-ayrılıqda diqqətlə dinlənilib. Dinlənilmiş bütün müraciətlər qanunamüvafiq qaydada həll olunması məqsədilə qeydiyyata alınaraq nəzarətə götürülüb. Həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinin qanunauyğun formada araşdırılaraq qısa zamanda nəticəsi barədə vətəndaşlara məlumat veriləcəyi bildirilib. Müraciətlər əsasən işlə təminolunma, şəhər sakinləri və turistlər üçün velosiped yolunun çəkilməsi, şəhər stadionunun təmiri, eləcə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün ev tikintisi, şəhər ərazisində pandusların quraşdırılması, dam örtükləri və novalçaların təmiri və s. sahədə görülən işlərlə bağlı minnətdarlıq olub.
Həmçinin onlayn qəbul zamanı pandemiya vəziyyəti ilə bağlı mövcud məsələlər müzakirə edilib və vətəndaşlara karantin rejiminin şərtllərinə əməl etmələri tövsiyə olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !