Bunu AzVision.az-a açıqlamasında Xocalının deputatı Elman Məmmədov deyib.
Millət vəkili hesab edir ki, girovların dəyişdirilməsi məsələsi də müzakirə olunmalıdır: "Girovları azad etmək üçün beynəlxalq qurumlar da səy göstərməlidirlər. Onlar isə bunu etmirlər. İkinci yol ondan ibarətdir ki, bizdə də erməni hərbiçiləri, əsirləri var. Qarşılıqlı danışıqlar yolu ilə girovları dəyişdirə bilərik”.
Deputatın sözlərinə görə, ermənilərin özləri məhkəmə qarşısında cavab verməlidirlər.
"Beynəlxalq aləm olmayan beynəlxalq hüquqlarından istifadə edib ermənilərə deməlidir ki, Kəlbəcər girovları hansı cinayəti törədiblər?
Ermənilər cinayət törədib, onların yurd-yuvasını viran qoyaraq qaçqın, köçkün vəziyytinə salıb. Onlar da öz qəbirlərinə baş çəkməyə gəliblər. Burada hər-hansı bir cinayət tərkibindən söhbət gedə bilməz. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların, qurumların heç biri bu tələbi qoymur. Yalandan, riyakarlıqla, boğazdan yuxarı danışırlar”.
Xatırladaq ki, ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
Ermənilər D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurublar. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !