• $ 1.7
  • € 1.978
  • ₽ 0.021091
  • ₺ 0.0416
  • £ 2.2908

Millət vəkili: "Hesabatları" əvvəlcədən hazırlanmış şablon cümlələrdən ibarətdir

Millət vəkili:
05.11.2015 17:26
Andres Qross və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərə kölgə salmaq və "tənqid atəşinə” tutmaq peşələrini davam etdirirlər.
 
Bunu Trend-ə millət vəkili Fuad Muradov AŞ PA-nın üzvü A.Qrossun Türkiyədə parlament seçkilərini tənqid etməsinə, seçki kampaniyasının ədalətsiz şəkildə, güc tətbiqi altında keçirildiyi və jurnalistlərə təzyiqlər edildiyi barədə fikirlərinə münasibət bildirərkən deyib.

F.Muradov hesab edir ki, 1 noyabr 2015-ci ildə Azərbaycanda və Türkiyədə keçirilən seçkilər azad və şəffaf şəraitdə baş tutub: "Çox təəssüf ki, Andres Qross və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkilərə kölgə salmaq və "tənqid atəşinə” tutmaq peşələrini davam etdirirlər”.

Millət vəkili qeyd edib ki, regionla bağlı açıqlamalarında daha çox neqativ istiqamət tutan bu təşkilatlar və onların "demokrat” nümayəndələri məsələləri araşdırmamış "nəticə” çıxarırlar: "Türkiyədə məğlub olan heç bir siyasi partiya seçkilərlə bağlı etiraz bildirməyib və nəticələri tanıyıblar. Lakin Andres Qross və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Türkiyədə keçirilən seçkilərin nəticələrini şübhə altına alaraq "jurnalistlərə təzyiqlərdən”, insanları qorxu altında saxlamaqdan danışır. Biz bunu dəfələrlə Azərbaycanla bağlı münasibətdə müşahidə etmişik. Bu qurumları seçki prosesi ümumiyyətlə maraqlandırmır. "Hesabatları” isə əvvəlcədən hazırlanmış şablon cümlələrdən ibarətdir.”

Türkiyə ilə bağlı qərəzli mövqe sərgiləməyin səbəblərinə toxunan millət vəkili qeyd edib ki, bu tənqidlərin seçki prosesinə heç bir aidiyyəti yoxdur: "Türkiyə bu gün terrordan əziyyət çəkir və ölkənin müdafiəsi üçün zəruri addımlar atmağa məcburdur. Destruktiv qüvvələr isə əksinə, terror təşkilatlarına dəstək verməklə regionda yeni münaqişə ocaqları yaratmağa çalışırlar. Bunun vasitəsilə öz istəklərini diktə etməyə cəhd göstərirlər”.

Seçkiləri yüksək qiymətləndirən F.Muradov bildirib ki, istər Azərbaycanda, istərsə də Türkiyədə insanlar azad və demokratik mühitdə seçkilərə gələrək öz fikirlərini ifadə ediblər: "O ki qaldı bəzi təşkilatların mövqeyinə, burada ikili standartlar hökm sürür. Azərbaycanın 20 faiz ərazisi işğal altındadır və insanların hüquqları kobud şəkildə pozulub. Separatçıları dəstəkləyən fikirləri ilə seçilən Maykl Maknamara isə bir dəfə də olsun, 1 milyondan çox vətəndaşımızın doğulduğu rayon və şəhərlərdə səsvermə hüququndan məhrum olduğunu dilə gətirmir”.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Cəmiyyət 22:55
Ağcabədidə yanacaqdoldurma məntəqəsində yanğın baş verib,yaralılar var
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçib - Video
Cəmiyyət 21:54
Ağdərədə başlayan yanğın Ağdam ərazisinə keçib - Video
Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
Cəmiyyət 21:14
Ermənistan ordusunun hücumları nəticəsində zərər çəkmiş şəxslər məhkəmədə ifadə verib
Bu yolda sürət həddi endirildi
Cəmiyyət 20:45
Bu yolda sürət həddi endirildi
Kəlbəcərdə su elektrik stansiyalarının açılışı olub - Yenilənib
Cəmiyyət 20:11
Kəlbəcərdə su elektrik stansiyalarının açılışı olub - Yenilənib
Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib
Cəmiyyət 19:53
Cəlilabadda yanğın törədən şəxs məsuliyyətə cəlb edilib
Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb
Cəmiyyət 19:38
Viləşçay su anbarında batan 67 yaşlı kişinin meyiti tapılıb
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib
Cəmiyyət 19:35
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə start verilib
MİQ-in müsahibə mərhələsinin ikinci gününə 986 nəfər dəvət olunub
Cəmiyyət 18:58
MİQ-in müsahibə mərhələsinin ikinci gününə 986 nəfər dəvət olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol