Millət vəkili məcburi köçkünlərdən danışdı

19:45 | 13.11.2017
Millət vəkili məcburi köçkünlərdən danışdı

Millət vəkili məcburi köçkünlərdən danışdı

"Vaxtı ilə mən Goranboy-Ağdam-Tərtər rayonlarını əhatə edən dairədən deputat olmuşam və oradakı məcburi köçkün olan seçicilərin həyatını çox gözəl bilirəm. Hazırda 4,6 min məcburi köçkün ailəsi qəzalı vəziyyətdə olan evlərdə yaşayır. Yəni, hər zaman onların həyatı təhlükədədir”. 
 
APA-nın məlumatına görə, bunu Milli Məclisin komitələrinin 2018-ci il büdcəsinin birgə müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib.
 
O qeyd edib ki, Mehriban Əliyeva I vitse-prezident təyin edildikdən sonra bu sahəyə diqqəti artırıb: "Bu istiqamətdə "Paşa Holding”in fəaliyyəti də təqdir olunmalıdır. "Paşa Holding” qaçqınlar üçün evlər tikir. Məndə olan məlumata görə, Mehriban Əliyevanın çağırışına əsasən bəzi sahibkarlar da qaçqınlar üçün evlər alır. Qaçqınların mənzil şəraitinin yaxşılaşdırılması üçün Dövlət Neft Fondundan cəmi 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, keçən ilki vəsaitdən də azdır. Burada qeyd olunur ki, 42 milyon manat xarici kreditlər hesabına da bu istiqamətdə vəsait yönəldiləcək. Soruşmaq istəyirəm ki, bu 42 milyon manatı kim və hansı hesabdan götürəcək və mənzil tikintisinə bu vəsait necə yatırılacaq?”.
 
Deputat yeni idman obyektlərinin tikintisinə 244 milyon manat vəsaitin ayrıldığını xatırladaraq deyib ki, bu, prioritet olmamalıdır: "Prioritet 25 ildən artıq dözülməz vəziyyətdə yaşayan qaçqınlar üçün normal mənzil şəraitinin yaradılması olmalıdır”. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM