Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Zahid Oruc məmurlara xəbərdarlıq edib.
ANS PRESS-in məlumatına görə, millət vəkili bildirib ki, onlar təriflərə həddindən artıq aludə olmasınlar. "Təriflərə həddən artıq aludə olanlar unutmasınlar ki, cənab prezident 2013-cü ildə komandasını əsaslı şəkildə dəyişib. Ən azı iki nazir yenisi ilə əvəzlənib”, - deyə millət vəkili bildirib. Z.Oruc metro ticarəti ilə bağlı da danışıb. O, bildirib ki, Tağı Əhmədov metro vaqonlarının fəaliyyətinə nəzarət etməli idi. “Tağı Əhmədovun rəhbərlik etdiyi qurum metro vaqonlarının fəaliyyətinə nəzarət etməli idi. Buradakı ticarət fəaliyyətinə niyə nəzarət etməlidir ki, ondan sonra gələn də bu məsələ ilə məşğul olsun?”ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !