Millət vəkilindən AzTV və İTV-yə ittiham

16:04 | 01.12.2017
Millət vəkilindən AzTV və İTV-yə ittiham

Millət vəkilindən AzTV və İTV-yə ittiham

"Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bizim ingilis dilində dilində telekanal açmağımız lazımdır”.

Anews.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisdəki çıxışında deputat Qüdrət Həsənquliyev bildirib.

O bildirib ki, Ukrayna, Qazaxıstan nümunəsində belə telekanallar var. Deputat digər kanallara ayrılan vəsaitləri də xatırladıb.

"Biz 32 miyon AzTV-yə, 12 milyon da İTV-yə vəsait ayırırıq. Ancaq bu kanalların digər özəl kanallarından heç bir üstünlüyü yoxdur.

Olmazmı ki, biz bu vəsaiti ingilis dilində yayımlanan kanalların açılmasına yönəldək? Prezidentin sərəncamını oxuduğuna görə AzTV-ni saxlayıb, ora 32 milyon ayırmağa heç bir ehtiyac yoxdur.

Onsuz da digər televiziyalar da böyük həvəslə prezidentin sərəncamlarını oxuyurlar, səfərlərini işıqlandırırlar”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti