Millət vəkili Qənirə Paşayeva Azərbaycan ordusunun ötən gecə cəbhədə verdiyi şəhidlərə rəğmən, telekanallarda şou proqramlarının yayımlanmasına münasibət bildirib.
Qarabag.info xəbər verir ki, bu barədə millət vəkili Facebookda status yazıb:
"Cəbhədə düşmənin təxribatlarına layiqli cavab verərək şəhid olan qardaşlarımızın hamızına Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Millətimizin başı sağ olsun! Televiziya və radiolarımızda əyləncə, çal-çağır proqramlarının dərhal dayandırılması lazımdır. Səhər tezdən indiyədək bununla bağlı nə qədər zəng, mesaj gəlib. Bir çox İnsanlarımız bu kimi proqramların gün ərzində dayanmasını vacib sayırlar. Mən də hesab edirəm ki, bu kimi proqramlar öncədən nəzərdə tutulsa da televiziya və radiolarımız yayımda dəyişiklik edib, çox əyləncə və çal-çağır proqramlarını dayandırıb yerinə vətənpərvərlik, şəhidliklə bağlı müəyyən proqramlarını, filmlərini qoya bilərlər.İşğalçı Ermənistanı və onunla bərabər arxasında duran dövlət və gücləri Allahın lənətinə gəlsinlər. İnşallah onlar layiq olduqları cəzanı alacaqlar. Böyük şair gözəl demişdi:
Bayraqları bayraq edən üstündəki qandır
Torpaq uğrunda ölən varsa vətəndi
Düşmənin təxribatların layiqli cavab verərək şəhid düşən əziz qardaşlarımız. Sizi heç zaman unutmayacağıq! Nə qədər Azərbaycan var siz də hər zaman yaşayacaqsınız!"
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !