Türkiyə Böyük Millət Məclisinin Ədliyyə komissiyasının iclasında millət vəkilləri yumruq davasına çıxıblar.Trend "Sabah" qəzetinə istinadən məlumat verir ki, qalmaqal "Hakim və prokurorların Ali Şurası haqqında" qanuna dəyişiklikləri nəzərdə tutan təklifin müzakirəsi zamanı baş verib.Komissiya sədri Əhməd İyimaya təklifin Konstitusiya və Plan və büdcə komissiyalarına həvalə edildiyini bildirib.Müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkilləri buna etirazlarını bildiriblər. Sonra hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri işə qarışıblar. Qalmaqal parlament üzvləri arasında yumruq davasına qədər böyüyüb.Komissiya sədri iclası yarımçıq dayandırıb.Qeyd edək ki, Türkiyə Baş nazirinin müavini Bülənt Arınç bundan əvvəl bildirmişdi ki, hazırda Türkiyədə hüquq mexanizmlərinə nəzarət etmək mümkün deyil və Hakim və prokurorların Ali Şurasının üzvlərinin səlahiyyətlərindən sui-istifadə etmələri cəzasız qalır: "Biz bu çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Həmin qanuna dəyişikliklər edilməsi haqqında qərar Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilməlidir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !