Millətlər Liqasının matçlarının vaxtları növbəti dəfə dəyişdi

22:00 | 01.04.2020
UEFA Millətlər Liqasının pley-off oyunları növbəti dəfə təxirə salınıb.


"Report" xarici mətbuata istinadən xəbər verir ki, yarımfinallar iyunun 4-dən sentyabrın 3-nə, finallar isə iyunun 9-dan sentyabrın 8-nə keçirilib.


UEFA daha öncə 26 - 31 martda baş tutmalı olan görüşləri təxirə salmışdı. 


Bildirilib ki, iyun ayında planlaşdırılan yoldaşlıq görüşləri də baş tutmayacaq. Qurum yerli çempionatların yekunlaşmasını və avrokubokların başa çatmasını istəyir.


Millətlər Liqasında ikinci mövsümün nəzərdə tutulduğu kimi sentyabrda başlanması planlaşdırılır. Pley-offda iştirak edənlər isə daha sonra yarışa qatılacaq.


A Liqası


İslandiya - Rumıniya


Bolqarıstan - Macarıstan


B Liqası


Bosniya və Herseqovina - Şimali İrlandiya


Slovakiya - İrlandiya


C Liqası


Şotlandiya - İsrail


Norveç - Serbiya


D Liqası


Gürcüstan - Belarus


Şimali Makedoniya - Kosovo


Qeyd edək ki, bu oyunlardan sonra AVRO-2020-yə vəsiqə qazanacaq son 4 komanda bəlli olacaq. Daha öncə Avropa çempionatının 2021-ci ildə keçiriləcəyi ilə bağlı qərar verilib. 

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM