Milli Arxiv İdarəsinə yeni sənədlər verilib

20:19 | 12.02.2018
Milli Arxiv İdarəsinə yeni sənədlər verilib

Milli Arxiv İdarəsinə yeni sənədlər verilib

"Azərenerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Dövlət Kino Foto Sənədləri Arxivinə 468 saxlama vahidi foto və 31 saxlama vahidi kinosənəd (video) təhvil verilib.

Milli Arxiv İdarəsindən AzVision.az-a bildirilib ki, sənədlər dövlət müstəqilliyi illərində ölkənin energetika sisteminin fəaliyyətini, elektrik enerjisinin istehsalı və ötürülməsini, vahid mərkəzdən idarə olunan elektrik stansiyalarını, yarımstansiyalarını, sistem təşkiledici yüksək gərginlikli elektrik veriliş xətlərini və onların dispetçerlə idarə etmə sistemini əks etdirir.

Bununla yanaşı, foto və kinosənədlərdə Prezident İlham Əliyevin Göygöldə "Çiçəkli”, İsmayıllı rayonunun Sumağallı kəndində "İsmayıllı-1”, Göyçay şəhərində "Göyçay-1” Su Elektrik Stansiylarının təməlqoyma və açılış mərasimində iştirakını, Sumqayıt Elektrik Stansiyasının, Bakının Nizami rayonu ərazisində modul tipli elektrik stansiyalarının, Naxçıvan Su Elektrik Stansiyasının, habelə Şəki rayonunda modul tipli elektrik stansiyasının, Qəbələ rayonunda "Laza” yarımstansiyasının, Varvara Su Elektrik Stansiyasının, Xaçmaz, Balakən, Füzuli Su Elektriktrik Stansiyalarının, Ağdaş, Salyan yarımstansiyalarının təməlqoyma və açılış mərasimlərində iştirakı əks olunub.

Hazırda qəbul olunmuş sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir, hər bir sənədin məlumat bazası hazırlanır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti