Milli bankdan 500 manatla bağlı açıqlama

16:53 | 22.01.2021
Milli bankdan 500 manatla bağlı açıqlama

Milli bankdan 500 manatla bağlı açıqlama

Son dövrlər sosial şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500 manatlıq "kağız pul nişanı"nın təsvirləri yayılıb.

Anews.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir.

"Konstitusiya və "Mərkəzi Bank haqqında” qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının dizaynının hazırlanmasını və tədavülə buraxılmasını yalnız AMB həyata keçirir. 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb və sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Vətəndaşlarımızı bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair məlumatları AMB-dən və onun internet səhifəsindən əldə etməyə çağırırıq", - deyə qurum bəyan edib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb