Kamal ƏliBu gun ölkəmizdə hər şey hərəkətdədir və hər şey dəyişir. Amma mən bu dəyişikliyin heç də hamısının yaxşı tərəfə getdiyindən əmin deyiləm. Düşünmürəm ki, "Facebook"da kişinin öz arvad və qızlarının şəkillərini yerləşdirməsi yaxşı bir haldır. Əvvəllər şəkillər yalnız qalın albomlarda yerləşdirilərdi, kompüterin olmadığı, texnikanın inkişaf etmədiyi vaxtlarda bu ailə albomlarını qonağa göstərəndə ev sahibi xanımlarının şəkilləri olan səhifələri tez-tez çevirərdilər ki, qonaq karıxmasın. Fikrimcə, əvvəllər daha yaxşı idi. Amma kimdi bizdən soruşan ki, bu xoşumuza gəlir, ya yox? Millət Avropa ailə dəyərlərinin (daha doğrusu, bu dəyərlərin olmamasının) təzyiqi altına düşüb. İki-üç il əvvəl ancaq gecələr üzə çıxan, haradasa Bakıdakı "Avropa" mehmanxanasının yaxınlığında gizlənənlər indi açıq-saçıq rəqs edir, şadlıq evlərində əylənir, hələ bir öz təsvirlərini sosial şəbəkələrdə də nümayiş etdirirlər. Azərbaycan mətbuatında belə bir məqaləyə rast gəldim: Bakı restoranlarının birində Yeni il ərəfəsindəki konsertlərdən biri haqqında fotosessiyalı məqalədə dərc olunub. Fotosessiyada milli transvestitlərimiz – qadın paltarı geymiş kişilər nümayiş olunur və onlar orada at oynadırlar. Bilmirəm, onlardan hansı cinsini dəyişmək əməliyyatına razılaşıb, amma ölkəmizdə belələri də var. Bu hadisəyə necə yanaşacağını, hansı reaksiya verəcəyini bilmirsən. Qalırsan çaş-baş. Düşünürsən ki, onlar da adamdırlar, yaşamalıdırlar. Qanunu pozmurlarsa, öz görkəmlərini dəyişməklə başqalarına mane olmurlarsa, bizə nə? Digər tərəfdən, sarsılmaz dəyərlər – kişilik, ailə, namus, qeyrət və uşaqlarımızın milli cinssiz varlıqların necə əyləndiklərini görməsini istəməyən çoxluğun mühakimələri var. İstəmirəm ki, Azərbaycan televiziya ekranlarında cinssiz aparıcıları görən övladlarım və nəvələrim onlara oxşamaq istəsinlər. Düşünsünlər ki, arvadaoxşar oğlanlar efirdən çıxmırlarsa, deməli, onlar kimi olmaq daha yaxşıdır. Məsələ bununla bitmir. Sosial şəbəkədə İsveç uşaq rəsm jurnalının səhiflərini görüb daha pis sarsıldım. Bəlkə də bu, bir kitab idi. Fərqi yoxdur, əsas odur ki, bütün bunlar mütləq bizə də gəlib çatacaq. Zəngin illüstrasiyalı İsveç kitabçası 6-10 yaşlı uşaqlar üçün nəzərdə tutulub və buradakı məqalələrin əksəriyyəti kişi cinsi orqanı haqqındadır. Jurnalda bədən üzvü isveç dilində açıq-saçıq təqdim olunub (yəni adi isveçli onu necə tələffüz edirsə, elə o cür də verilib. Bundan əlavə kişi cinsiyyət orqanının adının digər dillərdə necə olması 6-10 yaşlı uşaqlara təqdim olunub. Hətta həmin sözlərdən ibarət jurnalda kiçik lüğət də var. Müstəqil dərslik-jurnalda təsvirlərlə birgə orqanın ölçüsünün hansı halda və necə böyüməsindən, masturbasiyanın təhlükəsizliyindən (guya bununla böyüklərin oğlan uşaqlarının ovuclarının tüklənməsiylə bağlı uydurduğu mifi ifşa etmək istəyirlər) danışılır. Sonra böyüklərin, gənclərin, hətta itlərin belə və s. seksual fantaziyalarından bəhs olunur. Azərbaycan ailəsində uşaqların valideynlərlə belə söhbətləri, sadəcə, yolverilməzdir. Bunu kimsə qəbul etməyəcək. Valideyini uşağın tərbiyəsinin pozulmasında, pedofiliyada və Allah bilir. daha nədə günahlandıra bilərlər. Hətta uşaqlar da təsirə düşə bilər. Nəsillər arasında bütün hörmətin aradan götürülməsi təhlükəsi ola bilər. Qonşular üz çevirər, belə ailədən olan uşaq məktəbdən çıxarılar, müəllimlər polisə müraciət edər - hər şey ola bilər! Bu məlumatın ortaya çıxdığı şəbəkədə azərbaycanlıların çox fərqli şərhlərinə rast gəlmək mümkündür - İsveç müstəqil dərsliyinin müəlliflərinin ünvanına təhqirdən tutmuş bir azərbaycanlı qızın "Mən bu kitabı oxumaq istəyirəm" tipli nalayiq zarafatınadək. Əvvəlcə, mən şokda idim. Lakin sonra anladım ki, həyatda hər şey elə transseksualların qiymətləndirilməsi kimi birmənalı deyil. İsveç tərbiyəsində özünəməxsus tipik Skandinav məntiqi var . Onlar bütün bunları istər-istəməz – böyük ehtimalla yad və pis ağızlardan öyrənəcəklərsə, nə üçün uşaqları erkən yaşda qorxudaq, susmağa məcbur edək? Bizim bu cür utancaqlığımızın mənası nədir? Bu, sonradan bütün həyatımız boyu uşaqlarımıza məhz elə tərgitmək istədiyimiz yalan deyilmi? Bu barədə hökm verməyim, yaxşısı budur, bu barədə ekspertlər danışsın. Amma qafqazlıların utancaqlıqları (və ya psevdoutancaqlıqları) onları hər hansı ümumbəşəri dəyər üzrə başqalarından daha yaxşı olmamaları faktdır. Əgər kimsə, Avropaya inteqrasiya fonunda bizim ailə dəyərlərinin qorunmasına dair dəlil gətirərsə, onunla razılaşaram. Amma hər kəs yaxşı anlayır ki, zaman-zaman bizim bütün dəyərlərimiz tədricən yoxa çıxır. Üçüncü tərəfdən, Putinin Cənubi Qafqaz ölkələri ilə bağlı apardığı siyasətin necə olmasından asılı olmayaraq, Avropaya inteqrasiya qaçılmazdır. Avropanın liberal anlayışları limitsiz internet, televiziya, hər cür Skype və instagramlarla birgə bizə sarı irəliləyir. Hətta bu irəliləməyə qarşı İranda da hər hansı üsul tapmayıblar (iranlılar internetə qadağanı gizli texniki vasitələrlə zərərsizləşirirlər). Yeri gəlmişkən, İran barədə. Onlar belə özlərini Avropanın təsirindən qoruya bilmirlərsə, biz nə edə bilərik ki? Bu həftə İran ali ruhaniləri “Facebook”da eşq məktublaşmalarını qadağan (haram) elan etdi. Azərbaycanda modern.az yerli resursunun jurnalisti müsəlman liderlərinin mövqeyini öyrənmək üçün Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) müraciət edib. Bizim gəncliyin bədbəxtçiliyindən bizim mollalar da iranlı həmkarlarının dediklərini təsdiq edib ki, həqiqətən də, belə bir şey harammış... Görəsən, Azərbaycanda bütün sahələrə dair sualların cavabı belə asanlıqla əldə edilir? Digər sahələrdəki Azərbaycan rəsmilərinə "yaxşı" nümunə: jurnalistlər bizim prezident administrasiyasına sual ünvanlayır ki, ABŞ-da söz azadlığıyla bağlı mövqeyini açıqlasınlar və belə bir cavab verilir: "Söz azadlığına ciddi əməl edilməlidir". Və ya bizim Səhiyyə Nazirliyinə İsveçin bütün klinikalarında pulsuz müalicə ilə bağlı sorğu göndərilir və bundan sonra da Səhiyyə Nazirliyinin Azərbaycanda bütün xəstəxanalar, statusundan asılı olmayaraq bütün klinikalarda pulsuz müalicənin təminatı haqqında əmri əlimizə çatır. İsveçrədə silahını evindəki sandıqda gizləyən əsgərlərin hüquqlarıyla maraqlansaq, onların nümunəsi əsasında bütün əsgərlərimizin evə buraxılmasına nail ola bilərik.Bu sadalamalar, əlbəttə, bir zarafatdır. Ciddi olan odur ki, azərbaycanlıların dəyərləri və ənənələri qaçılmaz şəkildə tarixin arxivinə gedəcək. Əsl Qafqaz kişisi üçün məcburi olan papaq kimi. Əvvəlcə bakılılar qaragül papaqları “aerodrom” kepkaları əvəz etdi, sonra isə ümumiyyətlə, baş geyimsiz qaldı. İndi saçlarını parlaq rəngə boyayır və ya türk tələbələri kimi iyrənc və yağlı bir şey vururlar. Bu yeniliklərin əleyhinə heç nə edə bilməzsən. Azərbaycan və İran mollaları nə desələr də, gənclər İnternetdə sevgidən danışacaqlar. Bəlkə evə qapanıb və uşaqlara mənzilimizə gələ biləcək müəllimlər tutaq? Belə ailələr tanıyıram - gənclərin tərbiyəsini korlamamaq üçün evdə televizor belə saxlamırlar. Yeri gəlmişkən, bu ailədə uşaqlar ciddi-cəhdlə oxuyurlar, ikisi də əlaçıdırlar. Amma, bilirsiniz, sonra nə oldu? Bu ailə yaşamaq üçün Dublinə köçdü. İndi ana təşviş içərisindədir, bilmir ki, artıq böyümüş oğlunun və qızının ailə tərbiyəsini necə qorusun.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !