Milli Elmlər Akademiyasında kadr dəyişikliyi

19:12 | 16.11.2013
Milli Elmlər Akademiyasında kadr dəyişikliyi

Milli Elmlər Akademiyasında kadr dəyişikliyi

Dörd professor işdən çıxarıldı 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda ciddi struktur və kadr dəyişkiliyi həyata keçirilib. 

AzNews.az-ın məlumatına görə, ötən gün AMEA-nın Rəyasət Heyəti institutda bu dəyişikliyi rəsmiləşdirib. Yeni dəyişikliyə görə, elmi-tədqiqat müəssisəsinin dörd - Onamastika, Dialektologiya, Dil əlaqələri şöbələri ləvğ edilib. Həmin şöbələrin maddi-texniki bazası Müasir Azərbaycan dili şöbəsinin tabeçiliyinə verilib. 

Fəaliyyəti dayandırılan şöbələrin müdirləri Sevil Mehdiyeva, Qara Məşədiyev, Roza Eyvazova və Qəzənfər Kazımov isə yalnız institutun professoru olaraq saxlanılıblar. AMEA rəhbərliyi şöbə müdirlərinin yeni vəzifə ilə təmin olunmamasını, professorların 70 yaş həddinə çatmaları ilə əsaslandırıb. 

İnstitutda Klassik dilçilik, Sosiolinqvistika, Tətbiqi dilçilik şöbələri, həmçinin, kütləvi informasiya vasitələrinin dilinə nəzarət edən Monitorinq şöbəsi də yaradılıb. 

Bu strukturda gənc alimlərin fəaliyyətinə üstünlük veriləcəyi bildirilib. İnstitutun elmi katibi vəzifəsinə isə gənc alim Aynel Məşədiyeva təyin edilib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM