Milli komandamız Estoniyaya qarşı

11:40 | 15.11.2013
Milli komandamız Estoniyaya qarşı

Milli komandamız Estoniyaya qarşı

Bu gün futbol üzrə milli komandamız növbəti matçına çıxacaq.

Qol.Az-ın məlumatına görə, Berti Foqtsun komandası yoldaşlıq oyunu çərçivəsində Estoniya ilə qüvvəsini sınayacaq.

Yığmamız indiyədək bu rəqiblə yeddi dəfə qarşılaşıb. Bu oyunların hamısı yoldaşlıq görüşü olub. Yığmamız rəqibinə yalnız bir dəfə - 1998-ci ildə qalib gəlib - 2:1. Digər altı görüşün dördündə heç-heçə qeydə alınıb, ikisində isə estonlar qalib gəlib. Göründüyü kimi bugünkü rəqibimiz bizi üstələməyi bacarıb. Buna görə də milli komandamız üçün bu səfər oyununun çətin keçəcəyini demək olar. Ancaq "DÇ-2014"-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlarda uğurlu çıxışı ilə yadda qalan komandamız bu seriyasını davam etdirməyə çalışacaq. 

Görüşü  Rusiyadan olan hakimlər briqadası idarə edəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb