Milli Məclis 16 ildən sonra "Rəqabət Məcəlləsi haqqında" qanunu qəbul edib

12:12 | 08.12.2023
Milli Məclis 16 ildən sonra

Milli Məclis 16 ildən sonra "Rəqabət Məcəlləsi haqqında" qanunu qəbul edib

Milli Məclis "Rəqabət Məcəlləsi haqqında" qanunu III oxunuşda qəbul edib. 
 
Sentyabrın 26-da Milli Məclisdə Rəqabət Məcəlləsi haqqında ictimai dinləmə zamanı deputat Vahid Əhmədov da açıqlamışdı ki, bu qanun 16 il bundan qabaq qəbul olunması üçün işlər getdi və III oxunuşda qəbul olunmadı. Deputat bildir ki, qanunun qəbul olunmasına icazə verilməyib.

Sentyabrın 26-da Rəqabət Məcəlləsinin Təsdiq edilməsi haqda qanun layihəsi haqda Milli Məclisdə ictimai dinləmə keçirilib.Dinləmədə iqtisadi ekspertlər və deputatlar qanun layihəsi istiqamətində bir sıra təkliflər veriblər.

Rəqabət Məcəlləsi üzərində 2004-cü ildən işlər aparılır. Yeni layihə 12 fəsil, 83 maddədən ibarətdir.
 
Hazırda sahibkarlıq sahəsində rəqabət mühiti 1995-ci il tarixli "Haqsız Rəqabət haqqında" və 1993-cü ildə qəbul olunan "Antiinhisar fəaliyyəti haqqında" qanunlarla tənzimlənir.

Gülnar Nazimqızı



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM