​Milli Məclis 2016-cı ilin dövlət büdcəsinin müzakirəsinə başladı

12:36 | 13.10.2015
​Milli Məclis 2016-cı ilin dövlət büdcəsinin müzakirəsinə başladı

​Milli Məclis 2016-cı ilin dövlət büdcəsinin müzakirəsinə başladı

 Milli Məclisin plenar iclasında 2016-cı il dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirəsi başlayıb.
 
"Report” xəbər verir ki, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri daxil edilib. 

Deputatlar "Dövlət rüsumu haqqında" qanununda dəyişikliklər edilməsi barədə layihəni, "Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında", "Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında" qanun layihələrini də müzakirə edəcəklər. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM