Milli Məclisin vitse-spikeri, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan prezidenti İlham Əliyevin avqust ayında cəbhədə baş verən gərginliklə bağlı sərəncamı çərçivəsində görüləcək işlərdən danışıb.
APA-nın məlumatına görə, Z.Əsgərov deyib ki, məsələ ilə bağlı Milli Məclis müdafiə naziri ilə danışıqlar aparır: "Əgər sərəncamla bağlı hansısa qanunvericilik aktlarının qəbul olunmasına, yaxud hansısa dəyişikliyin aparılmasına ehtiyac olacaqsa, biz bu məsələni Milli Məclisdə müzakirəyə çıxaracağıq. Bu, Azərbaycanın və informasiya təhlükəsizliyi baxımından çox ciddi sərəncamdır. Yəqin ki, bu cür qanun layihələrinə ehtiyac olacaq”.
Evin tək oğlunun hərbi xidmət etməsi və ya arxa cəbhədə qulluğa cəlb edilməsinə gəlincə, Z.Əsgərov bildirib ki, bu məsələlər zərurət yaranarsa, yenidən müzakirəyə çıxarılacaq. Magistrlərə hərbi xidmətdən möhlət hüququ verilib-verilməyəcəyinə gəlincə, bu məsələnin gündəmdə olmadığını vurğulayıb.
ANN.Az