Milli Məclis polisi döyən deputata görə növbədənkənar toplanır

18:53 | 30.07.2021
Milli Məclisin növbədənkənar iclası çağırılıb. 

"Qafqazinfo" xəbər verir ki, avqustun 3-də keçirilməsi nəzərdə tutulan iclasla bağlı artıq deputatlara məlumat verilib. 

İclasın gündəliyi bəlli olmasa da, növbədənkənar sessiyada deputat Eldəniz Səlimovla bağlı məsələyə baxılması nəzərdə tutulur. 

Qeyd edək ki, polis əməkdaşını döyən millət vəkili Eldəniz Səlimovla bağlı artıq cinayət işi açılıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM