Milli məclisdə əllilərin işsizliyi müzakirə edildi

15:55 | 27.12.2013
Milli məclisdə əllilərin işsizliyi müzakirə edildi

Milli məclisdə əllilərin işsizliyi müzakirə edildi

"Əlillərin işlə təmin olunması ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsi zəruridir". ANS PRESS-in verdiyi xəbərə görə bunu bu gün Milli Məclisin payız sessiyasının son iclasında millət vəkili Qənirə Paşayeva söyləyib.O qeyd edib ki, Əlill təşkilatları parlamentdə onların məşğulluqlarının artırılması ilə bağlı qanun qəbul edilməsini istəyirlər.Millət vəkili qeyd edib ki, hazırda bəzi əlillər işlə təmin olunma məsələsində ciddi problemlərlə üzləşirlər. Ona görə də Q.Paşayeva "Məşğulluq haqqında" Qanuna dəyişiklik edilməsini təklif edib:"Əlil təşkilatları bizə təklif edirlər ki ki, parlamentdə "məşğulluq" qanununa dəyişiklik edilsin. Bu baxımdan yaxşı olardı ki, əlillərlə bağlı mövcud qanunvercilikdə nəzərdə tutulan kvota artırılsın, eyni zamanda qanunvericiliyin bu tələbini nəzərə almayan şəxslərə qarşı cəza tədbirləri sərtləşdirilsin".Qənirə Paşayeva bidirib ki, əlillərin işlə təmin olunmasında olan problemlər ardan qaldırılmalı və bu istiqamətdə ciddi addımlar atılmalıdır.Millət vəkil Əli Hüseyinli də əllilərin işlə təmin edilməsinin vacib məsələ olduğunu söyləyib:"Burada haqlı olaraq vurğulandı ki Əlillərin məşullu məsəlinə yenidən baxılmalıdır"ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti