Milli Məclisdə monopolistlərə qarşı etiraz səsləndi

16:00 | 23.02.2018
Milli Məclisdə monopolistlərə qarşı etiraz səsləndi

Milli Məclisdə monopolistlərə qarşı etiraz səsləndi

Deputat Fərəc Quliyev Novruzqabağı bazarlarda bahalaşmadan danışıb. 

Anews.az xəbər verir ki, o, parlamentin bu gün keçirilən iclasında qeyd edib ki, qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur: 

"Buna görə bayramqabağı bahalaşma nəzarətə götürülməlidir. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda, ucuzlaşma əvəzinə bahalaşma olması absurddur. 

Müvafiq icra strukturları monopolistlərə qarşı tədbirlər görməlidir. Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır. Çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti