Milli Məclisdə Ombudsmanın məruzəsi sərt şəkildə tənqid edilib

16:30 | 07.03.2017
Milli Məclisdə Ombudsmanın məruzəsi sərt şəkildə tənqid edilib

Milli Məclisdə Ombudsmanın məruzəsi sərt şəkildə tənqid edilib

"İlk dəfə idi ki, bu cür şablon, terminlərlə dolu olan, sovet üslubu tipində məruzə ilə qarşılaşırdım”.

ANN.Az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc parlamentin bu gün keçirilən plenar iclasında Ombudsmanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu, tərif sənədi olmamalıdır: "Biz Milli Məclisdən çıxanda müxtəlif narazı insanlarla qarşılaşırıq. Dövlət Təhlükəsizliyi Xidəmtinin rəisi Mədət Quliyev çıxışlarının birində bildirdi ki, 900 Azərbaycan vətəndaşı terror təşkilatına qoşulub. Bunlar deyilməlidir. İllik Məruzədə bunlar əksini tapmalı idi. Bundan başqa, kredit borcu olan insanların problemi bu sənəddə əksini tapmayıb. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin etdikləri ilə bağlı nüanslara toxunmaq lazım idi. Bunların deyilməməsi millətin, dövlətin xeyrinə deyil”.

Z.Oruc qeyd edib ki, deputatlar sadə xalqın səsini ifadə etməlidirlər: "Biz tənqid edirik, vəzifədən çıxara bilməsək də, müəyyən qədər təsiri olur”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM