Bahar Muradova: "Nazirinə “səhiyyə naziri bizi yarıtmadı” demək..."Nazir Milli Məclisdə tənqid edildi. ANS PRESS-in məlumatına görə, parlamentin vitse spikeri Bahar Muradova deputat Fazil Mustafanın səhiyyə naziri Oqtay Şirəliyevi tənqid etməsinə və onun haqqında dediyi “Nazir bizi yarıtmadı” sözlərinə cavab verib.Vitse-spiker deyib ki, səhiyyə istiqamətində aparılan islahatlar o qədərdir ki, bu danışmaqla qurtaran deyil. “Azərbaycanda səhiyyə inkişaf edir. Bəzi problemlər var. O problemlər də yalnız nazirlik səviyyəsində deyil, bizim də nəzarətimizdədir və aradan qaldırmağa çalışırıq. Amma bu o demək deyil ki, səhiyyə nazirinə “səhiyyə naziri bizi yarıtmadı” deyib, loru yanaşılsın. Fazil müəllim ən azından millət vəkili olaraq sizin bu sözünüz seçicilərimizi pəjmürdə edə bilər. Ona görə də dediklərimizə diqqətlə yanaşmaq lazımdır.”Bahar Muradova ölkə başçısının əfv sərəncamı ilə bağlı bəzi tənqidi fikirlərə də münasibət bildirib. O, qeyd edib ki, ölkədə inamsızlıq mühitinin olduğunu söyləyənlər guya bir qism adamların azad olunmamasının xalqın əhval ruhiyyəsinə mənfi təsir göstərdiyini söyləyirlər.“Bilirsiniz ki, biz Azərbaycanda yaşayırıq. Nə baş verir, biz hamısını görürük və proseslərin içindəyik. 3-5 adamın əhval-ruhiyyəsini xalqın adına çıxarmaq olmaz və xalq bu hüququ heç kimə verməyib. Xalq bilir ki, ona nə lazımdır. Hesab edirəm ki, bu yalnış fikirdir. Əksinə xalq bu insanların fəaliyyətinin Azərbaycandakı mövcud inama, ölkə başçısının siyasətinə dəstəyə, Azərbaycanın maraqları üçün seçilmiş yola zərər vururduğunu düşünür. Əks təqdirdə biz başqa məsələləri müşahidə edərdik. Mətbuat orqanlarına və Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyət göstərənlərə bir vətəndaş kimi xahişim ondan ibarətdir ki, bizim üçün müsbət olan məqamları elə müsbət kimi göstərək. Amma bunun yanında mahiyyətcə çox çılız olan neqativləri qoymayaq, neqativləri də müzakirə edək ancaq bunlardan müsbətləri gözdən salmaq üçün istifadə etməyək”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !