Milli Məclisdə şəkil çəkməyə qadağa

14:22 | 13.11.2013
Milli Məclisdə şəkil çəkməyə qadağa

Milli Məclisdə şəkil çəkməyə qadağa

Bu gün Milli Məclisdə büdcə müzakirələri keçirilir.Hafta.az-ın iclasda iştirak edən əməkdaşının verdiyi xəbərə görə, çıxışlar zamanı foto çəkmək istəyən jurnalistlərə bunun qadağan edildiyi bildirilib. Parlamentin mühafizə xidmətinin əməkdaşı fotoçəkiliş edən “Zaman” qəzetinin əməkdaşına yaxınlaşaraq, bunun üçün xüsusi icazə almalı olduğunu deyib. MX-ın digər əməkdaşı Hafta.az-a bildirib ki, son günlər kənardan gətirilən fotoaparatlarla çəkiliş etmək qadağan olunub. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM