Trend-in məlumatına görə, Milli Məclisin 2016-cı ildə xərclər smetası 2 745 955 manat təşkil edəcək.
Parlamentin İşlər İdarəsinin müdiri Firudin Hacıyev deyib ki, bu, 2015-ci illə müqayisədə 1 061 189 min manat azdır.
O bildirib ki, nəqliyyat vasitələri bölümündə yeni nəqliyyat vasitələrinin alınması üçün xərclər nəzərdə tutulmayıb.
F.Hacıyev, həmçinin hökumətdən sabiq deputatların birillik əməkhaqlarının ödənilməsi üçün 450 min manat ayrılmasına yardım edilməsini xahiş edib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !