Milli Məclisin 2015-ci ildə son iclasının tarixi və gündəliyi açıqlanıb

11:40 | 23.12.2015
Milli Məclisin 2015-ci ildə son iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin 2015-ci ildə son iclasının tarixi və gündəliyi açıqlanıb

Azərbaycan Milli Məclisinin 2015-ci ildə son iclasının vaxtı və gündəliyi açıqlanıb.

Parlamentdən APA-ya verilən məlumata görə, dekabrın 29-da keçiriləcək iclasın gündəliyinə 28 məsələ daxildir.
 
Bunlar yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsi, "Diplomatik xidmət haqqında”, "Əhalinin sağlamlığının qorunması haqqında”, "Dövlət rüsumu haqqında”, "Polis haqqında” və digər qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin Müraciətinin təsdiq edilməsidir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM