• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Milli Məclisin adı hansı halda dəyişə bilər? – AÇIQLAMA

Milli Məclisin adı hansı halda dəyişə bilər? – AÇIQLAMA
06.02.2014 17:17
“Azərbaycan parlamentinin adı Milli Məclis yox, Millət Məclisi olmalıdır”. Bu təkliflə parlamentin üzvü Zahid Oruc çıxış edib. Z.Orucun fikrincə, bu məsələdə rus və ingilis dili qarşılığı ilə paralellər aparmaq lazım deyil:“Yəqin deyəcəklər ki, Fransada da Milli Assambleya var və bu ad bir milləti xarakterizə etmir, bütövlükdə çoxluğu təmsil edir. Azərbaycan isə çoxmillətli ölkədir. Biz Milli Bankın adını dəyişib Mərkəzi Bank qoyduq. Azərbaycan parlamentinin adını da dəyişmək lazımdır. Burada siyasi mənada milli kimlik işarəti götürülməlidir. Mənim təklifim heç bir halda özümüzü Türkiyə Böyük Millət Məclisinə adekvat, simvolik addım atmaq, onlarla eyniləşdirmək düşüncəsindən irəli gəlmir. Azərbaycanda bu atributlar oturuşduqca, belə məsələlərə baxmaq lazımdır". Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) analitiki Rövşən İbrahimov ANN.Az-a açıqlamasında hər kəsin təklif irəli sürməsində sərbəst olduğunu desə də, bu məsələnin gerçəkləşməsinin maliyyə tələb etdiyini bildirib: “Gözləmirdim ki, bu məsələ müzakirə mövzusu olacaq. Nəticə etibarı ilə bu, bir təklifdir və bu növ təkliflər müxtəlif zamanlarda səslənir. Qeyd etmək istəyirəm ki, zaman-zaman bu növ dəyişikliklər baş verir və burada təəcüblü heç nə yoxdur. Bir neçə il bundan əvvəl Prezident Administrasiyasının, Mərkəzi Bankın adlarında da dəyişiklər edilmişdir. Bəzən zaman keçdikçə dəqiqləşdirmələrə ehtiyac duyula bilər. Fəqət bu növ dəyişikliklər konstitusiyanın dəyişməsini tələb edir. Azərbaycanda isə konstitusiyada hər hansı dəyişiklik, ancaq referendum yolu ilə mümkündür. Buna görə də, fikirləşmirəm ki, sadəcə ölkənin qanunverici orqanının adının dəyişdirilməsi üçün, maliyyə vəsaiti və geniş idarə resursunu tələb edən həmin proses həyata keçirilsin. Buna görə də, həmin məsələ bir diskussiya mövzusudur və demokratik cəmiyyətlərdə hamı öz fikrini bəyan edə bilər”SeymurANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Siyasət 20:11
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Siyasət 19:00
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Siyasət 18:55
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
Siyasət 18:04
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Siyasət 16:40
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol