Milli Məclisin adının dəyişdirilməsi təklif edilir

14:45 | 03.02.2014
Milli Məclisin adının dəyişdirilməsi təklif edilir

Milli Məclisin adının dəyişdirilməsi təklif edilir

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında çıxış edən millət vəkilləri yaz sessiyasının iş planına bir sıra məsələlərin daxil edilməsini təklif ediblər.Trend-in məlumatına görə, iclasda çıxış edən millət vəkili Zahid Oruc bir sıra məsələlərlə yanaşı, Azərbaycan parlamentinin adının dəyişdirilməsini də təklif edib.Onun fikrincə, Azərbaycan parlamenti Millət Məclisi adlandırılmalıdır: "Azərbaycan parlamenti ötən əsrin 90-cı illərindən seçilmiş adla elə Milli Məclis olaraq da adlandırılır. Milli sözü konkret bir milləti ifadə etmir, bütövlükdə çoxluğu ifadə edir. Azərbaycan da çoxmillətli ölkədir. Biz Milli Bankın adını dəyişdirib Mərkəzi Bank qoyduq. Mən hesab edirəm ki, Milli Məclisin adı dəyişdirilərək Millət Məclisi olmalıdır. Lakin bu heç də Türkiyə Böyük Millət Məclisinin adına adekvat oxşar addım atmaq, özümüzü eyniləşdirmək, sadəcə simvolik, formal addım atmaq düşüncəsindən irəli gəlmir".ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM