Milli Məclisin gündəliyinə daxil edilən məsələlər açıqlandı

16:30 | 10.02.2014
Milli Məclisin gündəliyinə daxil edilən məsələlər açıqlandı

Milli Məclisin gündəliyinə daxil edilən məsələlər açıqlandı

Milli Məclisin fevralın 14-də keçiriləcək plenar iclasının gündəliyinə 12 məsələ daxil edilib.Milli Məclisdən Trend-ə verilən məlumata görə, iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik hesabatı dinləniləcək.Millət vəkilləri plenar iclasda "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə"də, "Torpaq bazarı haqqında" qanunda, İnzibati Xətalar Məcəlləsində, "Prokurorluq haqqında" qanunda, eləcə də "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrini müzakirə edəcəklər.Bundan əlavə, "Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında" sazişin, Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında" sazişin, "Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunverciyilinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında" 2004-cü il 5 noyabr tarixli sazişə əlavə və dəyişikliklər edilməsi barədə" protokolun, "Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə və Azərbaycan Respublikasının "Beynəlxalq Üzüm və Şərab Təşkilatını təsis edən Saziş"ə qoşulması haqqında qanun layihələrinə baxılacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti