Milli Məclisin komitə sədri AŞPA-nın iclaslarında iştirak edəcək

16:49 | 22.11.2022
Milli Məclisin komitə sədri AŞPA-nın iclaslarında iştirak edəcək

Milli Məclisin komitə sədri AŞPA-nın iclaslarında iştirak edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Büro və Daimi Komitəsinin iclaslarında iştirak edəcək.

Parlamentdən  verilən məlumata görə, bununla əlaqədar komitə sədri noyabrın 23-də İslandiyanın paytaxtı Reykyavik şəhərinə səfərə yollanacaq.

İclaslarda Bosniya və Herseqovinada, Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkilərinin müşahidələrinin nəticələri, Avropa siyasi arxitekturasının möhkəmləndirilməsində Avropa Şurasının rolu və digər mövzularda məruzələr dinləniləcək, müvafiq qərarlar qəbul ediləcək.

Səfər noyabrın 26-da başa çatacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb