Azərbaycan Milli Məclisinin (MM) komitələri fəaliyyətə başlayıb.
"Report" xəbər verir ki, bu gün parlamentin Regional məsələlər komitəsinin iclası keçiriləcək. Komitənin gündəliyində 8 məsələ var.
İclasda komitənin ötən sessiyada gördüyü işlər müzakirə olunacaq, hesabat dinləniləcək və 2015-ci ilin payız sessiyası üçün iş qrafiki təsdiqlənəcək.
Qeyd edək ki, V çağırış Milli Məclisin səlahiyyət müddəti noyabrın 1-də başa çatır. Həmin gün Azərbaycanda parlament seçkisi keçiriləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !