Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi -YENİLƏNDİ

12:41 | 03.08.2021
Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi -YENİLƏNDİ

Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verildi -YENİLƏNDİ

Milli Məclisinin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilib.

Anews.az-ın məlumatına görə, bu barədə parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında qərar qəbul edilib.

Deputatlardan 98 nəfər məsələnin lehinə səs verib. Bir nəfər bitərəf qalıb, bir nəfər isə səsvermədə iştirak etməyib. Təklifin əleyhinə səs verən olmayıb
 
-----------
İntizam Komissiyasının sədri Eldar İbrahimov bildirib ki, komissiyanın rəyinə əsasən müvafiq qanunvericiliyə əsasən deputat Eldəniz Səlimovun  toxunulmazlığına xitam verilməsi üçün kifayət qədər əsaslar var və onun toxunulmazlığına xitam verilə bilər:
 
"Komissiyanın 11 üvü buna müsbət rəy verib. Bu, parlament üçün çox böyük ləkə oldu. Biz parlamentin şərəfini qorumalıyıq” - deyə əlavə edib.
 
 
"Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” təqdimat deputatların diqqətinə çatdırılır.


Anews.az-ın xəbərinə görə, təqdimatı Baş prokuror Kamran Əliyev təqdim edir.
 
Kamran Əliyev deputatlardan təqdimata doğru qiymət verməsini xahiş edib.
 
------------------
Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başlayıb.


Anews.az xəbər verir ki, iclasa spiker Sahibə Qafarova sədrlik edir.


Toplantıda "Milli Məclisin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında" məsələ müzakirə olunur.



Iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM