Milli Məclisin növbədənkənar iclasının səbəbi məlum oldu

15:30 | 18.01.2016
Milli Məclisin növbədənkənar iclasının səbəbi məlum oldu

Milli Məclisin növbədənkənar iclasının səbəbi məlum oldu

Milli Məclisin yanvarın 19-a çağırılmış növbədənkənar iclasında hansı məsələlərin müzakirə olunacağı məlum olub.
 
 Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı bu gün keçirilən müşavirədə valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlərin verildiyini, təkliflərin hazırlandığını deyib, bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsinin əhəmiyyətinə toxunub, Milli Məclisin növbədənkənar sessiyasında bu məsələyə baxılacağını bildirib.
 
Qeyd edək ki, Milli Məclis hazırda tətildədir. Parlament ötən il dekabrın 30-da qış sessiyasının sonuncu plenar iclasını keçirib. Yaz sessiyasının ilk plenar iclasının fevralın 1-də keçirilməsi planlaşdırılmışdı.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM