Milli Məclisin növbədənkənar sessiyasının vaxtı bəlli olub. Belə ki, parlamentin yaz sessiyası öz işini başa vurandan sonra növbədənkənar sessiyası çağırılacaq. Parlamentin sonuncu iclası mayın 30-da baş tutacaq. Bundan sonra yaz sessiyasının vaxtı uzadılacaq.Modern.az-a Milli Məclisdən verilən məlumata görə, növbədənkənar iclası iyun ayının 13-də baş tutacaq. Qeyd edək ki, növbədənkənar sessiyanın çağırılması üçün parlament üzvlərinin 3-də ikisinin yazılı müraciəti tələb olunur. Artıq bununla bağlı deputatlar Milli Məclis sədri Oqtay Əsədova müraciət qəbul ediblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !