Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

16:38 | 12.05.2024
Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 12-də Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə gedib.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.

"Səmərqənd” Beynəlxalq Hava Limanında Milli Məclisin sədrini Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, senator Gulnora Marufova, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində spiker Sahibə Qafarova Asiya Qadın Forumunda iştirak edəcək.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb