1875-ci ilin 22 iyul tarixində Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi” qəzeti ilə əsası qoyulan milli
mətbuatımızın artıq 144-cü ildönümüdür.
Ölkədə və dünyada gedən prosesləri, gündəmdə olan
məsələləri işıqlandıran, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynayan mətbuatımıza
böyük önəm verərək ölkənin lider mobil operatoru Azercell Telekom jurnalistləri bu əlamətdar gün
münasibətilə özünəməxsus şəkildə təbrik edir. Beləliklə, "Mediacell” tarif paketinin bütün istifadəçiləri Milli
Mətbuat günündə şirkətdən hədiyyə olaraq 1875 şəbəkədaxili danışıq dəqiqəsi əldə edəcək.
Hədiyyə
dəqiqələrindən yararlanmaq üçün 22 iyul tarixi ərzində 1875 açar sözünü 5005 qısa nömrəsinə
göndərmək kifayətdir. Mediacell tarifinin abunəçiləri hədiyyə qismində təqdim olunan danışıq
dəqiqələrindən 30 gün ərzində faydalana biləcək.
Mətbuat nümayəndələri üçün "Mediacell” adlı xüsusi tarif paketi təklif edən ilk operator olan Azercell,
ölkəmizdə jurnalistikanın inkişafına yardım edən layihələri hər zaman dəstəkləmiş, bu istiqamətdə bir çox
təşəbbüslər həyata keçirmişdir. Şirkət xaricdən dəvət olunan təlimçilərin iştirakı ilə seminarlar və məlumat
sessiyaları təşkil edərək, jurnalistlərin peşəkar inkişafına öz töhfəsini vermiş, onların beynəlxalq
təcrübələrdən bəhrələnməsinə şərait yaratmışdır. Vurğulamaq istərdik ki, indiyədək 400-dən çox jurnalist
Azercell-in ingilis dili üzrə təşkil etdiyi kursların iştirakçısı olmuşdur.
Azercell Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir və onlara
fəaliyyətlərində uğurlar arzulayır!
Daha ətraflı məlumat üçün
[email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom
MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə
ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in
xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə
sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü
fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn
müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell
ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə
ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil
operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn
People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
www.anews.az
loading...