Hökümə Əliyeva üçün ödənilən 80 min manat atasının hesabından oğurlanıb/Yenilənib

11:11 | 18.01.2025
Hökümə Əliyeva üçün ödənilən 80 min manat atasının hesabından oğurlanıb/Yenilənib

Hökümə Əliyeva üçün ödənilən 80 min manat atasının hesabından oğurlanıb/Yenilənib

Milli Qəhrəmanı Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırma aparılır.
 
Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

 11:07

Kapital Bank Hökümə Əliyevanın ataısının hesabından oğurlanan pulla bağlı araşdırma aparır.
 
"Hazırda lazımi tədbirlər görülür. Ən qısa zamanda nəticələrlə bağlı məlumat veriləcək",- açıqlamada deyilir.
 
10:30
 
AZAL-ın təyyarə qəzasında həlak olan ekipaj üzvü Milli Qəhrəman Hökumə Əliyeva üçün ödənilən  80 507  sığorta və kompensasiya pulu atasının kart hesabından oğurlanıb. Bu barədə Hökemə Əliyevanın atası Cəlil Əliyev ölkə.az-a müsahibəsində deyib.

O bildirib ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Əliyevin sözlərinə görə, pulu oğurlayan şəxslər onu Kapitalbankın əməkdaşı olduğunu deyərək aldadıb.

"Telefonla zəng edərək dedilər ki, sizin şifrənizini, kartınızını Elmir Həsənov adında biri göndərib. Kartdan ümumilikdə 80 507 manat pul çəkilib. Bildirdilər ki, Kapitalbankın işçisiyik. Dedilər banka yaxınlaşana qədər kartınızdakı pulu çəkəcəklər",- o bildirib.

Əliyev artıq məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat verib.

Milli Qəhrəmanın atası deyib ki, kartdan oğurlanan vəsait Əliyevanın vəfatına görə ödənilən sığorta pulu və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM