Milli Şuranın mitinq keçirməsinə icazə verildi

18:15 | 08.10.2014
Milli Şuranın mitinq keçirməsinə icazə verildi

Milli Şuranın mitinq keçirməsinə icazə verildi

Bakı Şəhər İcra Hakimiyyəti müraciətə baxıb

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Milli Şuranın mitinq keçirməsinə icazə verilib. 

Bakı Meriyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun ANS PRESS-ə verdiyi məlumata görə, Milli Şuranın mitinq keçirmək istəyilə bağlı müraciətinə baxılıb.

Müraciətə əsasən, şuraya oktyabrın 12-də saat 15:00-da keçmiş “Məhsul” meydanında mitinqə icazə verilib.

Qeyd edək ki, Milli Şura bəzi qeyri hökumət təşkilatlarının təmsilçilərinin həbsinə etirazla bağlı mitinq keçirəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb