Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın qiymət artımına etiraz olaraq dekabrın 15-də mitinq keçirmək barədə müraciətinə cavab verib.Müsavat Partiyasının Divan, eləcə də Milli Şuranın Mitinq Komitəsinin üzvü Tural Abbaslının APA-ya verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın dekabrın 15-də saat 16:00-dan saat 18:00-dək Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda mitinq keçirməsinə razılıq verib. Qeyd edək ki, Milli Şuranın dekabrın 9-da Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilən müraciətində 10 min nəfərin iştirakı ilə keçirilməsi üçün nəzərdə tutulan aksiya üçün 5 yer - Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionu, Nəsimi rayonu 1-ci mikrorayon Asim Məhərrəmov küçəsindəki park, “Ulduz” metrostansiyası qarşısındakı Araz küçəsində park, Binəqədi rayon “Dərnəgül” metrostansiyasının dəmiryolu tərəfindəki çıxışında və Nərimanov rayonundakı Nərimanov parkı təklif olunub. Aksiyada “Qiymətlər endirilsin!”, “Bahalaşmaya son!” şüarları səsləndiriləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !