Milli Şuranın Sədr Aparatının formalaşdırılmasına başlanıldı

14:01 | 17.12.2013
Milli Şuranın Sədr Aparatının formalaşdırılmasına başlanıldı

Milli Şuranın Sədr Aparatının formalaşdırılmasına başlanıldı

Milli Şuranın növbəti sessiyası gələn il yanvarın əvvəlində keçiriləcək. Bunu APA-ya açıqlamasında Milli Şuranın sədri Cəmil Həsənli bildirib. Cəmil Həsənli deyib ki, sessiyada Milli Şuranın Koordinasiya Şurası və Milli Şurada yaradılacaq komissiyaların sədrləri təsdiqlənəcək. Koordinasiya Şurası sessiyalar arası dövrdə Milli Şuranın fəaliyyətini istiqamətləndirəcək. Milli Şuranın sədri yanında fəaliyyət göstərəcək Sədr Aparatının formalaşdırılması isə sədrin səlahiyyətindədir. Sədr Aparatı sədrin yanında ictimaiyyətlə və mətbuatla əlaqə, gündəlik yazışmalar və texniki işləri həyata keçirməklə məşğul olacaq. Cəmil Həsənli artıq Sədr Aparatını formalaşdırmağa başladığını, təyinatlar olduğunu söyləyib. O, Sədr Aparatında çalışacaq şəxslərin adlarının yaxın günlərdə açıqlanacağını qeyd edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb