2023-cü ildə milli valyutada kreditlər üzrə orta məzənnə cüzi artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
2024-cü il yanvarın 1-nə milli valyutada kreditlər üzrə orta faiz dərəcəsi 2022-ci ilin sonundakı 14,13%-ə qarşı 14,31% təşkil edib.
Xarici valyutada olan kreditlər üçün 2023-cü ilin dekabrının sonunda orta faiz dərəcəsi 2022-ci ilin sonundakı 4,85%-ə qarşı 5,12% təşkil edib.
Eyni zamanda, hüquqi şəxslər üçün 2024-cü ilin əvvəlinə milli valyutada kreditlər üzrə orta dərəcə 10,14% (2022-ci ilin sonunda - 9,99%), xarici valyutada isə 5,16% (4,78%) təşkil edib.
Fiziki şəxslər üçün milli valyutada olan kreditlər üzrə hesabat dövrünün sonuna orta faiz dərəcəsi 16% (16,04%), xarici valyutada isə 4,67% (5,26%) təşkil edib.
2023-cü ilin sonunda milli valyutada depozitlər üzrə orta faiz dərəcəsi 8,19% (2022-ci ilin sonunda - 8,6%) təşkil edib. Xarici valyutada depozitlər üzrə isə dövrün sonuna orta faiz dərəcəsi 2% (1,41%) təşkil edib.
Eyni zamanda, hüquqi şəxslər üçün 2024-cü il yanvarın 1-nə milli valyutada depozitlər üzrə orta dərəcə 5,63% (5,12%), xarici valyutada isə 1,92% (0,91%) təşkil edib.
Fiziki şəxslər üçün milli valyutada əmanətlər üzrə orta faiz dərəcəsi hesabat dövrünün sonuna 9,26% (9,28%), xarici valyutada isə 2,08% (1,79%) təşkil edib.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !