Milli valyutanın dövriyyəyə buraxılmasından 23 il ötür

11:12 | 15.08.2015
Milli valyutanın dövriyyəyə buraxılmasından 23 il ötür

Milli valyutanın dövriyyəyə buraxılmasından 23 il ötür

Sovet İttifaqının çökməsi müstəqillik qazanan ölkələrin milli atributlarını yaratmasını labüd etdi. Bu minvalla iqtisadi rəmz, iqtisadi azadlığın nümünəsi olan milli valyuta da yarandı. 

Azərbaycanda bu əlamətdar gün 1992-ci ilə təsadüf edir. Həmin il avqustun 15-də, ilk dəfə 1, 10 və 25 manatlıq, noyabrında isə 5, 10, 20 və 50 qəpikliklər, dekabr ayında 5 manatlıq əskinas dövriyyəyə buraxıldı. Bundan sonra manatın məzənnəsi zəifləməyə başladı. 

23 il ərzində müxtəlif zaman kəsiklərində milli valyutamıza nəinki dünyada, hətta qonşu ölkələrdə baş verən iqtisadi proseslər də təsirini göstərib. Məsələn, əgər 1992-ci ildə 1 Amerika dolları 14 manata dəyişdirilirdisə, 1993-cü ildə məzənnə 91,5, 1994-cü ildə 1 216, 1995-ci ildə isə 4 417 manat təşkil etmişdi. Bununla da, milli valyuta 315 dəfə dəyərini itirdi.

1996-ci ildən sonra manat-dollar nisbətində ciddi dəyişkilik baş vermədi. 1999-cu ildə isə Amerika valyutası 3 800 manata qədər ucuzlaşdı. Başqa sözlə, milli pulumuz 15 faiz möhkəmləndi. Sonradan Milli Bankın həyata keçirdiyi sərt pul-kredit siyasətini yumşaltması nəticəsində 1 dollar 4 940 manata qədər bahalaşdı. Bu tendensiya 2004-cü ilin sonuna qədər davam elədi. 2005-ci ildə manat dollarla müqayisədə 200 manatdan çox bahalaşdı. 

Bir əsr ərzində milli valyutası bir neçə dəfə dəyişən Azərbaycanda 2006-ci ildə də yeni pul vahidi dövriyyəyə buraxıldı. 14 ildən sonra, Milli Bank manatın denominasiyasını həyata keçirdi. Yeni pulların biri 5 min nisbəti ilə buraxıldı. 

Qeyd edək ki, gələcəkdə Azərbaycanda qiymətli kağızların, eləcə də milli valutamız sayılan manatın ölkəmizdə istehsalını təmin etmək məqsədilə fabrik inşa ediləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti